Background

Salam..

Salam, ismim Nizami.
Sizi səhifəmdə görməyə şadam.
Elə bir dövr yaranıb ki, uşaqdan böyüyə hamı blog yaradır.
Qısası mən də özümə aid bir blog yaratmaq yox, fikirlərimi bölüşəcəyim bir səhifə yaratmaq istədim. Uzun müddətdir ki, Facebook’da, Twitter’də hesabım var. Xüsusilə də son zamanlar Twitter’də aktiv fəaliyyətdəyəm. Sosial şəbəkələr hər zaman aktuallığına qorusada son zamanlar sıxıcı olub. Bu hal bir çoxları kimi məni də narahat etməkdədir. Tükəndiyini dilə gətirənlərdə var. Aydındır ki, millət status, şərh yazmaqdan bezməmişdisə də like etməkdən usanıb. Ancaq bunun mənə heç bir aidiyyatı yoxdur. Çünkü status, şərh yazmaq mənim stilim olmayıb. Elə like etməkdə..
Daha çox siyasi yazılar, məqalə və xəbərləri paylaşmağa üstünlük vermişəm. Görəsən like edənlər həmin yazıları oxuyurmu..

Categories: Share

Leave a Reply